`Məsuliyyət Ermənistanın üzərinə düşür`

`Məsuliyyət Ermənistanın üzərinə düşür`
  06 Avqust 2014    Oxunub:1775
“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi Ermənistanın ön cəbhədə həyata keçirdiyi son təcavüzkarlıqla bağlı bəyanat yayıb.
Sənəddə deyilir ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı 20 ildən artıq apardığı işğalçılıq siyasətinin davamı kimi son günlər atəşkəs rejimini pozaraq ön cəbhədəki mövqelərə hücumu nəticəsində ondan artıq əsgərimiz həyatını itirib. Ermənistan ordusunun hücumu nəticəsində həmçinin Azərbaycanın bölgədə yaşayan yüz minlərlə dinc, mülki vətəndaşının da həyatı təhlükə ilə üz-üzə qalıb.

İndiyədək beynəlxalq vasitəçilərin münaqişənin həlli üçün təqdim etdiyi bütün mümkün variantlardan hər vəchlə boyun qaçıran rəsmi İrəvana qarşı hələdə dünyanın nümayiş etdirdiyi laqeydlik Azərbaycan gəncləri olaraq bizdə hiddət doğurur. DANİB olaraq bəyan edirik ki, yaranmış təhlükəli vəziyyət üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Baş verən hadisələr bir daha Azərbaycanın regional sabitliyin davamlı və etibarlı təminatı üçün Ermənistanın separatçı, terrorizm siyasətini dayandırması və işğal altında saxladığı Qarabağ və ətraf ərazilərdən çəkilməsinin vacibliyi fikrinin nə qədər doğru olduğunu sübut edir.

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi dünyada sülhün təminatı üçün məsuliyyət daşıyan beynəlxalq təşkilatları, ABŞ və Avropa İttifaqını, BMT-ni Ermənistanın dinc qonşuluq prinsipinə uyğun gəlməyən işğalçı dövlət siyasətini birmənalı şəkildə qınamağa və təcavüzkar siyasətdən çəkindirmək üçün ona qarşı təsiredici gücə malik sanksiyalar tətbiq etməyə çağırır.


Teqlər:





Xəbər lenti