Hava küləkli olacaq

Hava küləkli olacaq
  06 Avqust 2014    Oxunub:1416
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 7-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə lokal xarakterli qısamüddətli az yağış yağacaq, qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti