Bakıda zəncirvari qəza - yaralılar var

Bakıda zəncirvari qəza - yaralılar var
  06 Avqust 2014    Oxunub:1454
Bir saat əvvəl aeroport şossesinin Mərdəkan ərazisindən keçən hissəsində 5-6 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə şahidləri avtobuş, "VAZ-2107", "Mercedes" və daha iki avtobobilin bir-biri ilə toqquşduğunu bildirib.

Hadisə nəticəsində zərərçəkənlər var. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

BDYP-nin nümayəndələri hadisə yerində araşdırma aparır.

İlkin məlumata görə, qəzaya qarşıda hərəkətdə olan başqa bir avtomobilin qəfildən sürəti azaltması səbəb olub. Qarşıdakı maneəni görən “VAZ-2107”nin sürücüsü də sürəti azaldıb. Lakin sürətlə hərəkət edən avtomobillə ara məsafəsini düzgün saxlamayan "Mercedes" sürücüsü idarəetməni itirib və nəticədə toqquşma baş verib.

Qəza ilə əlaqədar aeroport şossesində tıxac yaranıb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti nizamlayıblar və qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra yolda avtomobillərin normal hərəkəti bərpa olunub.


Teqlər:





Xəbər lenti