Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  05 Avqust 2014    Oxunub:1765
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz olacaq. Şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.

Rayonlarda hava gündüz əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti