Leyla Yunusun səhhəti pisləşib

Leyla Yunusun səhhəti pisləşib
  05 Avqust 2014    Oxunub:2345
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşib.

AzVision.az xəbər verir ki, bu haqda Azadlıq Radiosuna onun həyat yoldaşı Arif Yunus məlumat verib.

«Leyla xanım şəkər xəstəsidir. Dərmanlarını vaxtlı-vaxtında qəbul etməlidir. Onun xüsusi dietik yeməkləri də var. Dərmanları qəbul etməyəndə əsəbi olur. Həmin dərmanlar Almaniyadan gətirilir. Bu cür xəstələrə stress olmaz. Həbsxana onun vəziyyətini daha da ağırlaşdırıb. Artıq fəsadlar da meydana gəlib. Vəkil dedi ki, Leyla xanımın sağ əli işləmir».

Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. O, səhhətində problemlərə görə hazırda ev dustağıdır.



Teqlər:  





Xəbər lenti