Sabah paytaxtda yollar bağlanacaq - SİYAHI

Sabah paytaxtda yollar bağlanacaq - SİYAHI
  23 Aprel 2013    Oxunub:1332
Sabah paytaxtın bəzi mərkəzi yollarında nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun AzVision.az-a bildirib ki, fasilələrə səbəb Latviya prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri ilə bağlıdır.

Bölmə rəisinin verdiyi məlumata görə, aprelin 24-ü saat 8:30-dan tədbirlər tam başa çatanadək paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Nizayi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

Sürücülərdən bu istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri xahiş olunur. Səfər aprelin 25-də başa çatacaq.

Sevinc Fədai


Teqlər:





Xəbər lenti