Daha iki abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına salınıb
Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.
Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, eramızın I əsrindən yazılı mənbələrdə adı çəkilən Qədim Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.
Hər iki abidənin gələcəkdə UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlər davam etdiriləcəkdir.
AzVision.az
Teqlər: UNESCO







Vaxtında, Aydın, Lazımlı!


