Polis polkovniki yol qəzasında öldü

Polis polkovniki yol qəzasında öldü
  04 Avqust 2014    Oxunub:2049
Bakıda ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, Pirallahı Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə avqustun 3-də Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Bayram Ağayevin idarə etdiyi "Volkswagen” markalı maşınla toqquşub. Nəticədə F. Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən F. Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti