Dənizdə daha bir faciə

Dənizdə daha bir faciə
  04 Avqust 2014    Oxunub:1776
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göyçay rayonu, Kürdəmiş kəndində Yuxarı Şirvan kanalında (ən yaxın xilasetmə məntəqəsindən 130 km aralı, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Şamil Araz oğlu Allahverdiyev batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Ş.Allahverdiyevin cəsədi batdığı yerdən 5 km aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:00-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti