Dəhşətli qətlin üstü açıldı - FOTO

Dəhşətli qətlin üstü açıldı - FOTO
  02 Avqust 2014    Oxunub:4106
Xətai rayon Polis İdarəsi əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü il iyulun 31-də baş vermiş ağır qətl hadisəsinin üstü açılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, 47 yaşlı Gülnarə Zamanovanın Gəncə prospekti 36 ünvandakı evində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları zəruri istintaq əməliyyat tədbirlərinə başlayıb. Mərhumun 17 bıçaq zərbəsi ilə xüsusi amansızlıqla qətlə yetirilməsi müəyyənləşib.

Çox keçməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bu ağır cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüb. Xətai rayon sakini, 55 yaşlı Eyvaz İbrahimov şübhəli şəxs qismində saxlanılıb və tutarlı dəlil sübutlar qarşısında əməlini etiraf edib.

Eyvaz İbrahimov bildirib ki, ev alqı-satqısı ilə məşğul olduğu zaman Gülnarə Zamanova ilə tanış olub. Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin Gülnarə Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də elə burdan başlayıb.



Hadisə baş verən gün Gülnarə Zamanova yenidən Eyvaz İbrahimova zəng vuraraq pulu tələb edib və evə çağırıb. Evdə Eyvaz İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla Gülnarə Zamanovanı çoxsaylı zərbələrlə öldürüb. Bundan sonra evin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti