“Space”dən şəhidlərimizə sayğısızlıq - VİDEO

“Space”dən şəhidlərimizə sayğısızlıq - VİDEO
  02 Avqust 2014    Oxunub:7614
Ermənilərin intensiv şəkildə atəşkəsi pozması nəticəsində Azərbaycan orudusu 12 şəhid verib. Ötən gün 8, bu gün isə 4 hərbçimizin ölüm xəbəri ilə sarsıldıq. Bu səbəbdən insanlarımız arasında matəm əhval- ruhiyyəsi yaşanır.
Ancaq ölkənin bu gərgin vəziyyətində “Space” televiziyası şəhidlərimizə qarşı növbəti hörmətsizliyə yol verib. Belə ki, telekanalda yayımlanan “Səhər saatları”verlişində şadyanalıq edən aparıcı və müğənnilərimizin qol qaldıraraq oynaması, çal-çağır qurması, Azərbaycanın acı günündə şəhidlərimizin ruhuna sayğısızlığı diqqətdən yayınmayıb. (Həmin verilişi BURADAN
izləyə bilərsiniz)


Qeyd etdiyimiz verlişdə çıxış edən xanəndə Teymur Mustafayevlə dediyimiz məsələ ilə bağlı əlaqə saxladıq.

Telefonu onun oğlu Seymur Mustafayev götürərək bildirdi ki, xanəndə bu gün “Space” telekanalında olmayıb. Efirə gedən veriliş çoxdan çəkilib.

“Atam Azərbaycanın bu ağır günündə heç vaxt belə verilişə çıxmaz. Həmin veriliş canlı olmayıb. Bir neçə gün əvvəl çəkilmiş kadrlar efirə verilib”.

Göründüyü kimi, adıçəkilən telekanalın Azərbaycanın kədərli günündə belə şadyanalıq göstərməsi təsadüf deyil. Ən azından ötən gün telekanallara ünvanlanan əsaslı iradlardan sonra bu kanalın növbəti dəfə addımı təkrarlaması təəssüf və ikrah hissi oyadır. Ən azından şəhidlərimizin ruhunu yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

AzVision.az


Teqlər:  





Xəbər lenti