Lerikdə zəlzələ olub

Lerikdə zəlzələ olub
  02 İyun 2025    Oxunub:1257
İyun ayının 2-də Lerik rayonunda zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 07.51-də Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 15 kilometr olub.

AzVision.az



Teqlər:



Xəbər lenti