Məktəblilərimiz ABŞ-da bürünc medal qazanıblar

Məktəblilərimiz ABŞ-da bürünc medal qazanıblar
  16 May 2025    Oxunub:591
10-16 may tarixlərində ABŞ-ın Ohio ştatının Kolumbus şəhərində Beynəlxalq Elm və Mühəndislik yarışması təşkil edilib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, yarışmada sistem proqram təminatı (“Systems Software”) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.

Qeyd edək ki, artıq 14 ildir ki Azərbaycan məktəbliləri bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də “Grand” mükafat qazanmağa müvəffəq olublar.

Bildirilib ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (“Regeneron ISEF”) şagirdlər arasında keçirilən dünyanın ən böyük qlobal elm yarışmasıdır.


Teqlər: Təhsil  





Xəbər lenti