DQİDK sədri Qazaxda vətəndaşlarla görüşəcək

DQİDK sədri Qazaxda vətəndaşlarla görüşəcək
  16 May 2025    Oxunub:349
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Qəbul saat 11:00-da Qazax rayon Ədəbiyyat Muzeyində (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinə (əlaqə vasitələri: (055) 300 99 82, (022) 312 38 91, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

AzVision.az


Teqlər: DQİDK  





Xəbər lenti