Bahar Muradova: Milli maraqları qorumaq lazımdır

      Bahar Muradova:    Milli maraqları qorumaq lazımdır
  15 May 2025    Oxunub:379
Ailə konsepsiyasının işləmə prosesinin analizinə çalışırıq.
Bunu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfransda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bütün dünyada beynəlxalq ailə günü qeyd edilir.

"Azərbaycan da bu prosesin iştirakçısıdır. Bununla bağlı keçirilən çoxsaylı tədbirlərdə məqsədimiz bu sahədə Azərbaycandakı hazırkı durum və qarşıda duran vəzifələri müzakirə etməkdir. Qarşıda duran Ailə konsepsiyasının işləmə prosesinin analizinə çalışırıq".

B.Muradova bildirib ki, ailə hər bir xalqın, millətin milli kimliyi məsələsidir.

"Bu sahədə beynəlxalq əməkdaşlığa ehtiyac var. Milli maraqları qorumaq lazımdır. İndiyə qədər milli və beynəlxalq səviyyədə bir sıra layihələr icra olunub, müəyyən nəticələr əldə edilib. Azərbaycan ailəsi və onun maraqları, milli dəyərlərimiz ilə bağlı ciddi tələblər ortaya qoyulur. Bizim bu sahədə ciddi problemlərimiz var"- deyə o vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti