Sabirabadda 16 yaşlı qızı ərə vermək istədilər

Sabirabadda 16 yaşlı qızı ərə vermək istədilər
  15 May 2025    Oxunub:394
Sabirabad rayonunun Yenikənd kəndində 16 yaşlı qızın 33 yaşlı xalası oğluna ərə verilməsi planlaşdırılıb. Lakin toy mərasiminin qarşısı alınıb.
Bu barədə Xəzər TV-nin "Təsir dairəsi" verilişində məlumat verilib. Verilişin aparıcısının sözlərinə görə, məsələ ilə bağlı ötən gecə məlumat alınıb və dərhal tədbir görülüb:

"Gecə aldığım məlumata əsasən, bu gün Yenikənd kəndində baş tutmalı olan toy mərasimi dayandırılıb. Toyda əyləşən qızın hələ 17 yaşı tamam olmayıb. Mən bildirmişdim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. Məndə olan məlumata görə, 16 yaşlı qızı 33 yaşlı xalası oğluna məcburi ərə vermək istəyiblər".

Aparıcının sözlərinə görə, qohum evlilikləri iyunun 1-dən qanunla qadağan ediləcəyi üçün toy tələsik təşkil olunub. Hətta mərasim üçün 20 min manatlıq xərcin çəkildiyi də bildirilir. Lakin tədbir dayandırılıb və toy baş tutmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti