Metro basabasının qohumluqları

Metro basabasının qohumluqları
  22 Aprel 2013    Oxunub:1928
İradə CƏLİL

Qatar “28 may” stansiyasında dayandı… “Dərnəgül”ə gedəcəkdim. Qatar dayanan kimi stansiyada olan adamlar qapılara hücum çəkməyə başladı. Düşənlərə də imkan vermirdilər. Birinin çantası qaldı içəridə, biri başından qapaz aldı, digərinin kürəyinə yumuq dəydi. Aləm dəymişdi bir-birinə…
Kənara çəkildim, dedim o biri qatara minərəm, hələ 20 dəqiqə vaxtım var idi. Qatarın birini də ötürdüm. Vaxta az qalmış özümü insanların arasına verib içəri girməyə çalışdım… Daha doğrusu, bir də gördüm ki, içəridəyəm. İçəridə olmağım sevindirici hal olsa da, kiminsə sinəsinə yapışmışdım. İnsanların heç nə vecinə deyildi. Qatara minmək üçün hamı bir-birini itələyirdi. İki –üç dayanacağı tanımadığım kişi ilə üzbəüz getməyə məcbur idim. Tərpənməyə yer yox idi…

Və bu hal hər gün təkrar olunur. Deyə bilərsiniz ki, “avtomobil al, canın qutarsın”… Dediniz də… Görürsünüzmü, demək nə qədər asandır?

Tutaq ki, mən aldım avtomobil və canım bu basabasdan qutardı. Bəs mənim kimi hər gün eyni vəziyyəti yaşayan qadınlar, qızlar necə? Hər gün müxtəlif insanlarala qohum olub, çıxırlar qatarlardan. Hələ gələn qoxuları demirəm, biri sarımsaq yeyib minib qatara, digərindən tər qoxusu gəlir. Biri çalışır ki, sənə yer etsin, digəri isə əllərini işlətməklə məşğuldur. Bu iyrənc vəziyyəti yaşamaq doğurdan da, ağrılıdır.

Qadınlar bir kənara, kişilər özlrini qataralara elə atırlar ki, sanki yer üzündə olan sonuncu vaqon mindikləridir. Sanki bu qatara minməslər, elə yapışıb “28 may”da qalacaqlar. Qabiliyyət yox, qanacaq yox, mədəniyyət heç yox. Qatarı başına götürən səsləri, qız-qadınlara söz atmaqları bir kənara, hələ onlardan gələn əcaib qoxuları demirəm. Hər gün metroya minməzdən əvvəl mütləq əlimə parfümlü salfet götürürəm ki, bu qoxuları dəf edə bilim…

Uzun sözün qısası, qeyrətdən danışan, sözdə asıb-kəsən kişilərin əksəriyyətinin metoda etdikləri hərəkətlər heç bir mədəniyyətə sığmır. Öz-özümə fikirləşirəm ki, ay balam, görəsən, bu insanların anaları, bacıları, qızları, həyat yoldaşları yoxdurmu ki, bunlar qadınlarla belə davranırlar? Bilirəm, çoxunuz işdən çıxmış olursunuz, yorğun-arğın gəlirsiniz... Nə olar, qatarlara minəndə bir mədəniyyətli olsanız? Qadınlığımıza hörmət edib, başımıza çıxmasanız? Bu, mümkün olarmı? Əvvəlcədən təşəkkür edirəm!!!

Hə, nə qədər unutmamışam bunu da deyim. Tağı müəllim, bəs siz yeni qatarlar gətirmişdiniz, nə oldu? Sizin o qatarlar xəttə buraxıldı da, amma basırıq yenə davam edir. “Qatar çatışmazlığı var” deyilir… Bu hal nə zamana kimi davam edəcək? Bax, mən təkəm və sualımı da aydın verirəm, vızıldamıram da…


Teqlər:





Xəbər lenti