53 nəfər şübhəli saxlanılıb

Daxili İşlər nazirliyinin (DİN) mətbuat xidmətinin açıqladığı məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Teqlər: DİN saxlanılmalar