“Azəristiliktəchizat” ASC-yə sədr təyin edilib

   “Azəristiliktəchizat” ASC-yə sədr təyin edilib
  01 May 2025    Oxunub:550
Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi barədə Sərəncam imzalayıb.
AzVision.az -ın məlumatına görə, bu vəzifəyə İlham Ata oğlu Mirzəliyev təyin edilib.

İ.Mirzəliyev 1960-cı ildə anadan olub.

2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini vəzifəsini tutub.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il fevralın 7-dən sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib.

AzVision.az


Teqlər:





Xəbər lenti