“Bakı Marafonu”nda rekord I 27 min iştirakçı qeydiyyatdan keçib

   “Bakı Marafonu”nda rekord    I 27 min iştirakçı qeydiyyatdan keçib
  29 Aprel 2025    Oxunub:285
“Bakı Marafonu 2025”ə qeydiyyat başa çatıb.
Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək marafona 27 min iştirakçı qeydiyyatdan keçib. Bu, ötənilki marafonlarla müqayisədə ən yüksək iştirakçı sayıdır.

“Küləyə qalib gəl”ənlər sırasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən qoşulanlar da olacaq. Yürüşdə fiziki imkanları məhdud şəxslər, Daun sindromlu uşaqlar da iştirak edəcək.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektləri olmaqla, ümumilikdə 21 km məsafəni əhatə edəcək.

Marafon iştirakçıları qaçış zolağında kişi və qadın kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Bununla yanaşı, finişə çatan ilk 2000 iştirakçıya medallar, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında və marşrut üzrə müxtəlif ünvanlarda əyləncə zonası da yaradılacaq. Burada əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti