"Azercell" "Baku Flames" beynəlxalq festivalın rəsmi tərəfdaşıdır

və innovasiya tərəfdaşı qismində çıxış edir.
İki gün ərzində keçiriləcək festivalda tanınmış beynəlxalq spikerlərin çıxışları ilə yanaşı, panel müzakirələri, seminarlar və master-klasslar da yer alacaq.
Festivalın əsas tərəfdaşı olan "Azercell" tədbirin ilk günündə panel müzakirəsi təşkil edəcək. Müzakirə sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizə məqsədilə "Azercell" və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində ötən il həyata keçirilən "Doğru Yol Budur" sosial kampaniyasına həsr olunacaq.
Paneldə "Azercell"in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış edəcəklər. Müzakirəyə “Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərim moderatorluq edəcək.
AzVision.az
Teqlər: