Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM mərkəzi açılıb

Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM mərkəzi açılıb
  22 Aprel 2025    Oxunub:367
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə yeni yaradılmış STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.
Nazirlikdən verilən məlumata görə Abdulla Avloni adına Milli Pedaqoji Ustalıq İnstitutunda Azərbaycan təcrübəsi əsasında yaradılmış STEAM Mərkəzinin açılışında çıxış edən nazir müavini Özbəkistan ilə bu istiqamətdə birgə layihələrin reallaşdırılması və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova da çıxış edərək STEAM sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin və ortaq təşəbbüslərin gerçəkləşdirilməsinin hər iki ölkənin təhsil sistemləri üçün faydalı olacağını qeyd edib.

Qeyd edilib ki, ümumilikdə 9 laboratoriya, görüş otaqları və inzibati ofislərdən ibarət olan Mərkəzdəki mövcud şərait təhsildə müasir imkanların və innovasiyaların tətbiqi baxımından mühüm rol oynayacaq. Bu vasitələrlə məktəbəqədər və ibtidai sinif şagirdlərinin yaradıcı düşünmə bacarıqları layihə əsaslı öyrənmə qurğuları vasitəsilə inkişaf etdiriləcək.

Səfər çərçivəsində nazir müavini Daşkənddə yerləşən Abdulla Avloni adına Milli Pedaqoji Peşəkarlıq İnstitutuna da baş çəkib, buradakı ekspozisiyalar və memorial muzeylə tanış olub, həmçinin institutun kitabxanasını və tədris laboratoriyalarını ziyarət edib.

AzVision.az






Teqlər:





Xəbər lenti