Saxta kredit elanı verərək kartları talayan şəxs saxlanılıb

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb. Suraxanı rayonunda isə paytaxt sakininin bank kartından 4720 manatını oğurlayan 42 yaşlı R.Cəfərzadə də saxlanılıb. Araşdırmalar aparılır.
"Bir daha qeyd edək ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla üzləşən vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edilməlidir. Belə saxta və imitasiyalı məlumatlara etibar etməməyiniz tövsiyə olunur", DİN-in məlumatında deyilir.
AzVision.az
Teqlər: