Azərbaycanlı tədqiqatçı Hakan Fidan haqqında kitab yazıb

Azərbaycanlı tədqiqatçı    Hakan Fidan    haqqında kitab yazıb
  22 Aprel 2025    Oxunub:383
Azərbaycanlı müəllif, tədqiqatçı Adıgözəl Məmmədovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla bağlı kitabı çapdan çıxıb. Kitab “Kölgədəki tapmaca. Hakan Fidanın psixoloji portreti” adlanır.
Kitabda qardaş ölkənin əsas siyasi fiqurlarından olan şəxsin siyasi-psixoloji portreti şərh olunur.

Müəllifin sözlərinə görə, Türkiyə həm Slavyan dünyasına, həm Avropaya, həm ərəb dünyasına, həm də Qafqaza, Orta Asiyaya və İrana yönələn istiqamətlərin kəsişməsində yerləşir. Rusiyanın tarixi türk xalqlarının tarixilə sıx bağlıdır. Belə bir fonda Türkiyənin xarici siyasətinin yaxından izlənilməsi və öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu isə Hakan Fidan amilinə tədqiqatçılar üçün xüsusi maraq qazandırır.


Teqlər: Hakan-Fidan  





Xəbər lenti