Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur - ADY

   Sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur -    ADY
  16 Aprel 2025    Oxunub:703
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin qatarlarının hərəkət cədvəlində hər hansı dəyişiklik yoxdur.
AzVision.az xəbər verir kio, bu barədə QSC-yə istinadən xəbər verir.

Qeyd edilir ki, bununla belə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

"Həmçinin axşam saatlarında Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20-a, Bakı-Pırşağı-Sumqayıt istiqamətində isə saat 23:00-a qədər bütün reyslər qrafik üzrə həyata keçiriləcək.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - qurumdan əlavə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti