Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanacaq

   Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanacaq
  16 Aprel 2025    Oxunub:698
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.

Qeyd edilib ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti