Livanda HƏMAS üzvləri saxlanılıblar

   Livanda HƏMAS üzvləri saxlanılıblar
  16 Aprel 2025    Oxunub:1231
Livan Silahlı Qüvvələri bu ölkədə fələstinli qaçqınların məskunlaşdıqları düşərgələrdə (Eyn-əl-hilvə və Nəhr-əl-bərid) HƏMAS qruplaşmasına məxsus bir sıra yaraqlını ələ keçirib.
Səudiyyə Ərəbistanın "Al-Hadath" telekanalının yaydığı məlumata görə, hadisənin ardınca HƏMAS-ın adı gizli saxlanılan ali rütbəli nümayəndəsi Livan Ordusunun kəşfiyyat xidmətinin rəhbəri ilə görüşmək istəyib.

Hərçənd Livan Ordusu bu iddiaları rəsmi təsdiqləməyib. Eyni zamanda, HƏMAS yaraqlılarının həbsinin səbəbi də hələlik məlum deyil. "Al-Hadath" bildirir ki, hadisə İordaniya Kralı II Abdullahın Livan Prezidenti Cozef Aun ilə telefon danışığında "İordaniyada HƏMAS-la əlaqəli raket istehsalı mərkəzini ifşası" fonunda baş verə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   HƏMAS   münaqişə   həbs  





Xəbər lenti