DSMF-yə yeni sədr təyin olunub

   DSMF-yə yeni sədr təyin olunub
  16 Aprel 2025    Oxunub:310
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə AzVision.az -a DSMF-dən məlumat verilib. Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. 2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi vəzifəsində çalışıb. 2020-ci ildən Fondun İdarə Heyətinin sədr müavini olub.

AzVision.az



Teqlər:





Xəbər lenti