Polis gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO

Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.
Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir. Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
AzVision.az
Teqlər: