![]() |
Blinken ABŞ-nin Zelenski ilə bağlı “sirr”ini açıb - VİDEO |
Xatırladaq ki, Zelenski ABŞ-də olarkən Vensi Kiyevə gəlib hər şeyi öz gözləri ilə görməyi məsləhət bilmişdi. O, bu yaxınlarda ABŞ-nin vitse-prezidenti növbəti dəfə səfərə dəvət etdi. Lakin siyasətçi qarşı tərəfdən heç bir cavab almayıb.
Zelenski həmçinin Ağ Ev rəhbəri Donald Trampı da Ukraynaya dəvət edib. Ukrayna prezidenti əlavə edib ki, Tramp Kiyevə səfərindən sonra Rusiyanın Ukraynada nələr törətdiyini başa düşəcək.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az