"The Times" "kitayski" əsirlərdən yazdı

   "The Times" "kitayski" əsirlərdən yazdı
  10 Aprel 2025    Oxunub:787
Rusiya Ukraynada apardığı döyüşlərə Çin vətəndaşlarını cəlb edib. Kiyev ən azı 150 çinlinin Rusiya Federasiyası tərəfində döyüş əməliyyatlarında iştirakını təsdiqləyib. Bu müharibəyə canlı qüvvə ilə cəlb edilən üçüncü ölkə sayılır. (Rusiya, KXDR, Çin-red.)
Bu fikirlər "The Times"də dərc olunan məqalədəndir.

"Bu, Rusiyanın ikinci səhvidir. Birinci səhv Şimali Koreya idi. Ruslar başqa ölkələri müharibəyə sürükləyirlər. Şəxsən mən belə hesab edirəm ki, onlar indi də Çini bu müharibəyə sürükləyirlər", - Nəşr Zelenskidən sitat gətirib.

Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürüb
Onun sözlərinə görə, Ukrayna əsir götürdüyü iki çinli hərbçini ukraynalılarla dəyişməyə hazırdır.

Zelenski məhbuslardan birinin dindirilməsini əks etdirən videonu da yayıb. Görüntülərdə döyüşçü ənənəvi hərbi formadadır və əlləri bağlıdır. Əsir pilotsuz təyyarəni vurmağa çalışdığını bildirib.

"Hərbi mənbəmiz bildirib ki, çinli əsir Ukrayna qüvvələrinə özü təslim olub və ruslardan pis rəftar görməsindən şikayətlənib".- məqalədə yazılıb.

“The Times”ın jurnalistləri əsirlərin üzərində aparılan axtarış zamanı tapılan sənədləri də araşdırıblar. Onların sözlərinə görə, hazırda Ukraynada saxlanılan döyüşçü Henan əyalətindən olan 33 yaşlı çinlidir. O, Rusiya ordusunda xidmət etmək üçün bir illik müqavilə imzalayıb.

Bir neçə gün öncə "The Wall Street Journal" KXDR əsgərlərinin Kiyev üçün ən təhlükəli düşmənə çevrilməsi barədə yazmışdı.

Müəllif qeyd edib ki, Kursk vilayətindəki həlledici döyüşlər Şimali Koreya qoşunlarının köhnəlmiş taktikalarını Ukraynadakı müharibəyə tez bir şəkildə uyğunlaşdıra bilmələrini göstərdi. Belə taktikalar Koreya Xalq Demokratik Respublikasının (KXDR) əsgərlərini ukraynalılar üçün olduqca təhlükəli və ciddi düşmənə çevirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Əsir   KXDR  





Xəbər lenti