Maska qarşı şok kampaniya: 77 demokrat Trampa müraciət ünvanladı

   Maska qarşı şok kampaniya:    77 demokrat Trampa müraciət ünvanladı
  10 Aprel 2025    Oxunub:729
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir qrup demokrat biznesmen İlon Maskın prezident Donald Tramp administrasiyasından uzaqlaşdırılmasını tələb edib.
Bu barədə "Axios" məlumat yayıb.

Mask Trampdan tariflərə yenidən baxmağı xahiş edib
Bununla bağlı 77 demokrat məktub da hazırlayıb. Məktubda yazılıb: "Biz sizin administrasiyanızdan dərhal ictimaiyyətə açıqlama tələb edirik". Konqresmenlər əlavə ediblər ki, onlar mayın 30-dək Maskın istefaya getməli və bütün qərar qəbuletmə səlahiyyətlərini “qanunla nəzərdə tutulmuş qaydada” təhvil verməli olduğunu açıq şəkildə ifadə edən sənədi görmək istəyirlər.

Məktub müəllifləri vurğulayıblar ki, Mask öz şirkətlərindən - "Tesla" və "SpaceX"dən əl çəkməyincə əvvəlki vəzifəsinə qayıda bilməz.

Konqresmen Qreq Kasar deyib ki, demokratların hüquqi və siyasi alətləri mövcuddur, ictimai təzyiq göstərmək üçün hər cür imkanları var.

Portal onu da xatırladıb ki, qanuna əsasən, ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Maskın da daxil olduğu xüsusi dövlət işçiləri 130 gündən çox vəzifə tuta bilməzlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Mask  





Xəbər lenti