Pezeşkian: "Nüvə silahını deyil, elmi inkişaf etdirmək istəyirik"

Prezident Milli Nüvə Texnologiyası Günündə İranın nüvə sənayesi nailiyyətlərinin təqdimatına həsr olunmuş nitqində Ağ Ev-ə də mesaj ünvanlayıb: "Biz ABŞ və dünyaya nüvə silahı yaratmaq istəmədiyimiz və buna cəhd etməməyimizlə bağlı istənilən zəmanəti verəcəyik".
Bundan əvvəl ABŞ İranla yaranmış böhranı sülh yolu ilə həll etmək istədiyini bəyan etmişdi.
Hələ fevral ayında Britaniyanın "Telegraph" nəşri hərbi məmurların İranın dini lideri Əli Xamneyidən nüvə silahını qadağan edən fətvasının ləğvini tələb etdiyini yazmışdı.
Tural Tağıyev
AzVision.az
Teqlər: İran