Lion meri dövlət vəsaitlərini talayırmış

   Lion meri dövlət vəsaitlərini talayırmış
  09 Aprel 2025    Oxunub:658
Fransanın Lion şəhərinin meri Qreqori Duse həbs edilib. O, dövlət vəsaitinin talanmasında ittiham olunur.
Bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Fransada 867 narkotacir saxlanılıb
“Avropa Ekologiya Yaşıllar” partiyasından olan Lion şəhərinin meri çərşənbə günü polis tərəfindən saxlanılıb”, - media istintaqa yaxın mənbəyə istinadən yazıb.

Məlumata görə, mer artıq Maliyyə Cinayətləri Bürosunun ofisində dindirilib: "O, ədliyyə sistemi ilə əməkdaşlıq edir və bundan sonra da üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazırdır".

Xatırladaq ki, Lion prokurorluğu 2024-cü ilin fevralında hakimiyyət nümayəndələri tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsi işi ilə bağlı araşdırmalara başlamışdı. Ötən ilin martında isə hakimlərin tələbi ilə şəhər meriyasında axtarışlar aparılıb.

Qreqori Duse 2020-ci ildən Paris və Marseldən sonra üçüncü böyük şəhər olan Lionda mer vəzifəsində çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Lion   Həbs  





Xəbər lenti