ABŞ İranı daha sərt sanksiyalarla hədələyib

ABŞ İranı daha sərt sanksiyalarla hədələyib
  08 Aprel 2025    Oxunub:616
ABŞ Tehranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmaması halında Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcək.
AzVision.az "CNBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt bildirib.

“İrana qarşı çox sərt sanksiyalar gözləyirəm və ümid edirəm ki, bu, Tehranı nüvə proqramından imtina etməyə vadar edəcək”, – Rayt qeyd edib.

Onun sözlərinə görə, sanksiyaların sərtləşdirilməsi neft sektorunu da əhatə edə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti