Ekrem İmamoğlu Parisin fəxri vətəndaşı elan edilib

Ekrem İmamoğlu Parisin fəxri vətəndaşı elan edilib
  08 Aprel 2025    Oxunub:622
Paris hakimiyyəti məhkəmə çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan İstanbul meri Əkrəm İmamoğluna fəxri vətəndaş adı verib.
AzVision.az xəbər verir ki, bu barədə Fransanın “Fiqaro” qəzeti yazır.

Məqalədə deyilir ki, Martın 19-da Türkiyədə saxlanılan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu Paris şəhərinin fəxri vətəndaşı olub.
Paris meri Anne Hidalqo deyib ki, İmamoğlunun şəhərin fəxri vətəndaşı olması ona müqavimət göstərmək gücü verəcək və Türkiyə hakimiyyətini demokratik ağlın səsini eşitməyə məcbur edəcək.

Martın 23-də məhkəmə İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və Türkiyədə terror təşkilatı sayılan Kürdüstan Fəhlə Partiyasına yardım ittihamı ilə həbs edib.

AzVision.az



Teqlər:





Xəbər lenti