Bakanov: "Roskosmos" və NASA siyasətdən kənar əlaqələr qurur"

   Bakanov:    "Roskosmos" və NASA siyasətdən kənar əlaqələr qurur"
  08 Aprel 2025    Oxunub:633
NASA və "Roskosmos"un qarşısına qoyulmuş vəzifələr siyasətdən asılı deyil. Biz əməkdaşlığımızı davam etdirməkdən məmnunuq.
Rusiya mediasının yaydığı məlumata görə, bunu “Roskosmos”un baş direktoru Dmitri Bakanov deyib.

NASA yaxın beş ildə Marsa uçuş təşkil edə bilməyəcək - Politico
"Biz dünən, saat yarım ərzində kifayət qədər açıq müzakirə apardıq. "Roskosmos" və NASA-nın planını müzakirə etdik. Beynəlxalq Kosmik Stansiyanın (MKS) fəaliyyətinin dayandırılmasından sonra orbital fəzanın və Ay proqramının inkişafı planlarını da müzakirəyə çıxardıq",- o qeyd edib.

Bakanovun sözlərinə görə, Rusiya tərəfi bütün məsələləri NASA ilə rəsmi şəkildə müzakirə etmək və müvafiq bəyanatlar vermək üçün qurumun yeni administratoru Jared Ayzekmanın təyinatını gözləyir.

Aprelin 7-də Bakanovun "Baykonur" kosmodromunda NASA nümayəndələri ilə görüşməsi barədə məlumat yayılıb. Tərəflər MKS ilə bağlı əməkdaşlığı və “Soyuz MS-27” kosmik gəmisinin buraxılmasını müzakirə ediblər.

Daha sonra idarə olunan “Soyuz MS-27” kosmik gəmisinin MKS ilə uğurlu şəkildə birləşməsi barədə məlumat yayıldı. Ekipajda "Roskosmos" kosmonavtları Sergey Rıjikov, Aleksey Zubritski və NASA astronavtı Conni Kim olub. "Soyuz MS-27" idarə olunan kosmik gəmisi aprelin 8-də "Baykonur" aerodromundan "Soyuz-2.1a" raketi ilə buraxılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   NASA   Kosmos   Raket  





Xəbər lenti