Tramp Netanyahuya Ərdoğanın uğurunu xatırladıb

   Tramp Netanyahuya Ərdoğanın uğurunu xatırladıb
  08 Aprel 2025    Oxunub:758
Amerika prezidenti Donald Tramp ABŞ-nin İsrail və Türkiyə ilə birlikdə Suriya məsələsində razılığa gələ biləcəyinə əmindir.
AzVision.az xəbər verir ki, Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdə jurnalistlərin suallarını cavablandıran Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox yaxşı münasibətləri olduğuna diqqət çəkib.

“Mən İsrailin baş nazirinə dedim ki, bəlkə sizin Türkiyə ilə probleminiz varsa, mən bunu həll edə biləcəyimi düşünürəm. Bilirsiniz, mənim Türkiyə və onun lideri ilə çox, çox yaxşı münasibətlərim var. Düşünürəm ki, biz bunu həll edə bilərik. Ümid edirəm ki, bu problem olmayacaq”, - Donal Tramp deyib.

Türkiyədən İsrailə məsləhət
ABŞ prezidenti aralarında qarşılıqlı hörmət hissi olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın çox güclü və ağıllı adam olduğunu vurğulayaraq, birlikdə çox şey etdiklərini və münasibətlərində heç vaxt problem yaşamadıqlarını bildirib.

- Mən Ərdoğana dedim: “Sən iki min ildə heç kimin etmədiyi bir işi gördün. Sən Suriyanı götürdün”. Ərdoğan çox güclü şəxsdir və heç kimin etmədiyi bir şey etdi. İsraillilər Türkiyə ilə istənilən problemi həll etmək üçün ağıllı davranmalıdırlar”, - Amerika lideri tövsiyə edib.

İsrailin baş naziri Binyamin Netanyahu, öz növbəsində, ölkəsinin Suriyadakı vəziyyətlə bağlı “Türkiyə ilə münaqişə etmək istəmədiyini” bildirib:

- Türkiyə ilə yaxşı qonşuluq münasibətlərimiz olub. Türkiyənin ABŞ ilə yaxşı münasibətləri var. Suriyada münaqişənin olmasını istəmirikvə düşünürəm ki, ABŞ prezidentindən yaxşı vasitəçi yoxdur”, - Netanyahu deyib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İraqın “UTV” telekanalıına müsahibəsində İsrailin regionda xarici siyasətini “daha böyük məsuliyyətlə” aparmalı olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Netanyahu   Türkiyə  





Xəbər lenti