Ukraynalı konqresmen: “Ərazilər Rusiyaya verilsin”

      Ukraynalı konqresmen:    “Ərazilər Rusiyaya verilsin”
  07 Aprel 2025    Oxunub:445
ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynada anadan olmuş üzvü Viktoriya Sparts bildirib ki, ukraynalılar işğal olunmuş ərazilərin Rusiyaya verilməsini qəbul etməli və prezident Volodimir Zelenskinin istefasını tələb etməlidir.
AzVision.az xəbər verir ki, ukrayna mənşəli konqresmen Viktoriya Sparts “The Telegraph” nəşrinə müsahibəsində belə deyib.

“Mən Konqresin Ukraynada doğulmuş yeganə üzvüyəm - buna görə də biz torpaqları Rusiyaya verməliyik. Müharibədə qalib gəlmədiyi üçün Ukrayna rəhbərliyi ərazilərin qaytarılmasında israr edə bilməz”, - xanım konqresmen vurğulayıb.

Həmçinin Zelenskini Donald Trampla mübahisəyə görə günahlandıran Viktoriya Sparts, Ukrayna prezidentinin “Amerika liderini təhqir etdiyini” “xalqına ayı xidməti göstərdiyini” bildirib. O, ukraynalıları gələcək seçkilərdə Zelenskinin əleyhinə səs verməyə çağırıb: “Əgər onu seçsələr, ölkənin qalan hissəsini də itirəcəklər”.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   ərazulər  





Xəbər lenti