Ukraynalı qaçqınların taleyi necə olacaq?

   Ukraynalı qaçqınların taleyi necə olacaq?
  07 Aprel 2025    Oxunub:532
Aİ ölkələrindəki ukraynalı qaçqınlar müharibə başa çatdıqdan sonra hüquqi statuslarını itirə bilər, çünki Avropa İttifaqı Ukrayna ilə Rusiya arasında barışıq əldə olunacağı təqdirdə dəqiq fəaliyyət planı hazırlamayıb.
AzVision.az “Euractiv” portalına istyinadən xəbər verir ki, 2022-ci ilin fevralında Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Aİ-nin Müvəqqəti Müdafiə Direktivi 4,3 milyondan çox ukraynalıya hüquqi status verib. 2024-cü ildə bu qərarın müddəti 2026-cı ilin martına qədər uzadılıb.

“Lakin atəşkəs rejimi vəziyyəti bir anda dəyişə bilər: ölkələr qaçıqnların müdafisəni tamamlamaq, onları inteqrasiya etmək və ya vətənlərinə qaytarmaq barədə qərar verməli olacaqlar. Qaçqınların müdafiəsinin dayandırılması qərarı Aİ-yə üzv olan bütün ölkələrin yekdilliyini tələb edir. Məsələnin iyunda Daxili İşlər nazirlərinin görüşündə müzakirəsi planlaşdırılır”, - nəşr yazır.

Portal bildirir ki, bəzi Aİ ölkələri artıq uzunmüddətli həll yolları axtarmağa başlayıblar. Polşa üç illik müvəqqəti yaşayış statusu tətbiq etməyi planlaşdırır, Çexiya isə işləyən uşaqlı ukraynalılara beş illik yaşayış icazəsi təklif edir. Eyni zamanda, Praqa müharibə bitdikdən sonra yeni müvəqqəti icazələrin verilməyəcəyini bəyan açıqlayıb. Bunu Çexiyanın Daxili İşlər naziri Vit Rakuşan da təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Ukrayna   qaçqınlar  





Xəbər lenti