![]() |
Ynet: "İsrail Qəzzaya yardım keçidlərini açacaq" |
Xatırladaq ki, "Ynet" xəbər saytının öz mənbələrinə istinadən yaydığı xəbərdə "hökumətin yaxın həftələrdə Qəzza zolağına humanitar yardım çatdırılmasına icazə verəcəyi" diqqətə çatdırılıb. Bu addımın məqsədi kimi "beynəlxalq hüquq pozuntularından və hərbi əməliyyatlara qoşulmuş komandirlərə qarşı mümkün hüquqi problemlərdən" yayınmaq göstərilib.
Keçən ay Fələstinin HƏMAS qruplaşması atəşkəs və əsir mübadiləsi üzrə sazişin uzadılması ilə razılaşmamış, İsrail də cavabən Qəzzaya humanitar yardımın keçidini dayandırmışdı.
Firudin Həmidli
AzVision.az