“Biz dərhal cavab verməyə məcbur deyilik, amma inamlı və qətiyyətlə hərəkət etməliyik”, - nəşrin mənbələrindən biri deyib.
Brüsseldən verilən məlumata görə, Aİ rüsumların tətbiqinə son dərəcə mənfi münasibət bəsləyir və ABŞ ilə ticarət savaşının gərginləşməsinin qarşısını almağa üstünlük verir. Bununla belə, əksər üzv dövlətlər passivliyin qəbuledilməz olduğunu düşünür və Trampı Avropanın mövqeyinə diqqət yetirməyə məcbur edəcək addımların atılması fikrini dəstəkləyir.
![]() |
Tramp yaşıl enerjini təhlükə altına qoyur |
“Politico” nəşrinin mənbələri bildiriblər ki, Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlərinin aprelin 7-də Lüksemburqda keçiriləcək görüşündə əks tədbirlər planı, o cümlədən Amerika iqtisadiyyatının Avropa tarifləri üçün hədəf ola biləcək sektorlarının seçilməsi müzakirə olunacaq.
Xatırladaq ki, aprelin 2-də Donald Tramp Çin və Aİ daxil olmaqla 183 ölkədən idxala 10%-dən 50%-ə qədər “ədalətli” tariflər tətbiq etdiyini açıqlayıb. O, bu qərarı ABŞ iqtisadiyyatı üçün “dönüş məqamı” adlandıraraq, digər ölkələri onilliklər ərzində ABŞ-nin ticarət siyasətində mövcud olan zəifliklər nəticəsində qazanc götürməkdə ittiham edib.
Sahil İsgəndərov
AzVision.az