Fransadan Ukrayna ilə bağlı vacib qərar

 Fransadan Ukrayna ilə bağlı vacib qərar
  07 Aprel 2025    Oxunub:486
Paris rəsmi olaraq Ukraynaya dəstəyi beynəlxalq siyasətinin prioriteti elan edib.
AzVision.az bildirir ki, bu qərarı Fransa prezidenti yanında Beynəlxalq Tərəfdaşlıq Şurası verib.

“Fransanın sərhədlərində müharibənin yenidən başlaması və qlobal münasibətlərin getdikcə mürəkkəbləşməsi ilə mövcud geosiyasi vəziyyət bizim prinsip və maraqlarımıza uyğun gələn beynəlxalq əlaqələrin gücləndirilməsinin zəruriliyini vurğulayır, həmçinin qlobal sabitliyin qorunmasına töhfə verir”, - rəsmi bəyanda deyilir.

Sənəddə qeyd edilir ki, bəzi ənənəvi müttəfiqlərinin uzaqlaşmasına baxmayaraq, Fransa Avropa İttifaqından (Aİ) olan tərəfdaşları ilə birlikdə beynəlxalq arenada əhəmiyyətli təsirini saxlamaq niyyətindədir: “Bizim gündəmimiz ölkəmizin və tərəfdaşlarımızın suverenliyidir”.

Bundan əlavə, Fransa humanitar proqramlar, yenidənqurma layihələri və maliyyə sabitliyinin təşviqi vasitəsilə böhran və müharibələrdən zərər çəkmiş ölkələrə kömək etməyi planlaşdırır.

- Ukraynanın təcili dəstəyə ehtiyacını və Avropanı əhatə edən təhlükəni nəzərə alaraq, Fransa bu ölkəni öz siyasətində prioritet saydığını təsdiqləyir”, - hökumətin qərarında vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Fransa   Ukrayna   prioritet  





Xəbər lenti