İsrail Livanı bombalayıb

 İsrail Livanı bombalayıb
  07 Aprel 2025    Oxunub:442
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Teybə qəsəbəsinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, avtomobil təmirxanasına tuşlanan hücum nəticəsində bir nəfər həyatını itirib.

İsrail Ordusu faktla bağlı hələlik hər hansı açıqlama verməyib.
İsrail HƏMAS komandirinin öldüyünü təsdiqləyib

Xatırladaq ki, aprelin 4-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Seyda şəhərinə PUA zərbəsi nəticəsində Fələstinin HƏMAS qruplaşmasının ali rütbəli komandiri Həsən Fərhat zərərsizləşdirilmiş, onunla birgə oğlu və qızı da həyatını itirmişdi. Məlumata görə, Həsən Fərhat sözügedən qruplaşmanın Livanın qərbindəki qüvvələrinin rəhbəri kimi İsrailin mülki əhalisinə qarşı çoxsaylı hücumların təşkilatçısı idi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   müharibə  





Xəbər lenti