Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək

Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan Nadir oğlu İsmayılovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi, Füzuli Rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi də yer alıb.
Bununla bərabər, Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu və Sarıyev Xəyal Əjdər oğlunun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi də nəzərdə tutulub.
Təklifə əsasən, Muxtarov Kamran Nüsrət oğlu (Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub), Məmmədov Elçin Qüdrət oğlu (Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi olub) Sumqayıt Apellyasiya Məhkəməsinə təyin edilməsi müzakirə olunub. Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
AzVision.az
Teqlər: