Amerikalılar Kanada və Qrenlandiyanın ilhaqına qarşıdırlar - SORĞU

   Amerikalılar Kanada və Qrenlandiyanın ilhaqına qarşıdırlar    - SORĞU
  07 Aprel 2025    Oxunub:497
ABŞ-də prezident Donald Trampın yürütdüyü "ərazi siyasəti"nə dair sorğu keçirilib.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşrin keçirdiyi sorğuda iştirak edən amerikalıların əksəriyyəti Donald Trampın Kanada və Qrenlandiyanı ilhaq etmək planlarına qarşı çıxıb.

NATO: Qrenlandiya Danimarkanın tərkibində qalmalıdır
Respondentlərin təqribən 62%-i Trampın daimi olaraq ABŞ ərazisini Qrenlandiya və Kanadanın hesabına genişləndirmək barədə danışmasını müsbət qarşılamayıb. Yalnız 25% Ağ Evin bu ölkələrə də nəzarət etməsinin yaxşı fikir olduğunu deyib. Onlar bu cür gedişin ABŞ-nin milli təhlükəsizliyini və iqtisadiyyatını gücləndirəcəyini bildirib.

Qalan 13% suala cavab verməkdə çətinlik çəkib.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq niyyətində olduğunu gizlətməyib. Respublikaçı siyasətçinin bəyanatları Panama, Kanada və Danimarka hakimiyyət orqanlarının kəskin reaksiyası ilə qarşılanır.

Bir neçə gün öncə isə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında Qrenlandiya mövzusuna toxunub. Rutte qeyd edib ki, NATO Qrenlandiyanın Danimarkanın tərkibində qalmalısını məqbul sayır: “Qrenlandiya Danimarkanın bir hissəsidir və belə də qalır. Amma bu, Arktikaya nəzarətlə bağlı daha geniş məsələdir və burada ABŞ də daxil olmaqla, NATO-nun bütün Arktika ölkələri Rusiya və Çinə qarşı mübarizədə fəal əməkdaşlıq etməlidirlər”.


Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Qrenlandiya  





Xəbər lenti