Hərbçinin həlakı ilə bağlı araşdırma aparılır I YENİLƏNİB

 Hərbçinin həlakı ilə bağlı araşdırma aparılır  I YENİLƏNİB
  07 Aprel 2025    Oxunub:622
Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb.

Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

AzVision.az xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb.

Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.



AzVision.az


Teqlər: Mina   Cəbrayıl  





Xəbər lenti