Tehran qonşularına xəbərdarlıq edib
// İran ABŞ-nin zərbələrinə hazırlaşır

Agentliyə adının gizli qalması şərtilə məlumat verən iranlı məmur onu da deyib ki, Tehran Donald Trampın birbaşa danışıqlar tələbini rədd edib və ənənəvi qaydada üçüncü tərəfin – Omanın vasitəsilə dolayı dialoqa hazır olduğunu bildirib. İranda güman edirlər ki, bu yolla ABŞ-nin dialoq təklifinin nə dərəcədə ciddi olduğunu yoxlaya bilərlər.
İran mediasında gedən xəbərlərə görə, artıq Küveyt Tehranı əmin edib ki, öz ərazisindən üçüncü tərəflərin ona qarşı hərbi məqsədlərlə istifadəsinə imkan verməyəcək.
Rusiya da ABŞ-nin İrana qarşı hərbi təcavüzünün yolverilməz olduğunu bildirib. Əslində İran Rusiyanın ortaya daha sərt mövqe qoymasını umur. Lakin Moskva Trampla təmasların hansı nəticələr verəcəyini gözlədiyi üçün bunu etməyə tələsmir.
Tariyel Həsənov
AzVision.az