400 nəfər müraciət etdi

 400 nəfər müraciət etdi
  22 Aprel 2013    Oxunub:1500
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin martında 110-u bölgələrdən olmaqla 400-ə yaxın müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata göröə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat
Mərkəzinə indiyədək 19 minə yaxın müraciət edilib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

AzVision.az


Teqlər:  





Xəbər lenti