Tramp Putinin səmimiyyətinə şübhə edir?

“Düşünürəm ki, Rusiya buna son qoymaq istəyir. Amma ola bilsin ki, vaxtı uzadır. Bilirsiniz, mən bunu illərdir biznesdə etmişəm. Mən müqaviləni imzalamaq istəmirəm, bir növ oyunda qalmaq istəyirəm, amma bəlkə də bunu etmək istəmirəm”, - Tramp öz təcrübəsindən misal gətirib.
Bununla belə, ABŞ prezidenti Moskva və Kiyevin müharibənin bitməsini arzuladığına əmin olduğunu bildirib.
- Ölənlər amerikalı deyillər, amma mənim üçün bu baxımdan fərqi yoxdur. Döyüş meydanlarının fotoşəkillərinə baxıram və hətta onları görməməyi üstün tuturam. Hər yerdə qollar, ayaqlar və başlar var”, - Amerika lideri vurğulayıb.
Buraxılan dronların sayını qeyd edən Donald Tramp silahların istifadəsini “sadəcə absurd” adlandırıb. Qeyd edək ki, ABŞ müvəqqəti atəşkəs rejimini münaqişəyə son qoymaq üçün böyük danışıqlardan əvvəl zəruri addım kimi qiymətləndirir.
Sahil İsgəndərov
AzVision.az